“Atletik” Alvaro Djalonu heyətinə qatdı, “Braqa” 15 milyon qazandı

Bilbao “Atletik”i ispaniyalı sol vinger Alvaro Djalonu Portuqaliya “Braqa”sından tamhüquqlu müqavilə əsasında heyətinə cəlb edib.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Alvaro Djalo “Braqa”nın yetirməsidir və Bilbao təmsilçisinə keçidi futbolçunun ilk böyük transferidir.

Atletik” Djalo ilə 5 illik – müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. Transfer Bilbao təmsilçisinə 15 milyon avro məbləğində başa gəlib. Djalo cari mövsümün sonuna qədər “Braqa”da çıxış edəcək, mövsümün bitməsilə, iyul ayından isə La Liqa təmsilçinə qoşulacaq.

Cari mövsümdə Djalo “Braqa”nın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 14 qol vurub, 3 məhsuldar ötürmə verib.

Alvaro Djalonun qənimətlər muzeyində 2023/2024 mövsümündə “Braqa” ilə qaznadığı Portuqaliya Liqa Kuboku var.

Alvaro Djalo heç bir milli yığma komandada çıxış etməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispaniyalı sol vinger Alvaro Djalonun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.