Bilbao “Atletik”inin azarkeşi Xerardo Flores komandanın İspaniya Kral Kubokunda qalibiyyətini qeyd edərkən vəfat edib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Flores zəfər bayramı çərçivəsində çayda gəzinti də daxil olmaqla, qalibiyyətin kütləvi şəkildə bayram edilməsi zamanı keçinib.
Bildirilir ki, Flores gəminin üzdüyünü görəndən sonra dünyasını dəyişib. Artıq klubun azarkeşinin ölümü ilə bağlı təəssüfləndiyi vurğulanır.
Xatırladaq ki, İspaniya Kral Kubokunun final oyununda “Atletik” “Malyorka” üzərində penaltilər silsiləsində 4:2 hesablı qələbə (əsas və əlavə vaxt: 1:1) qazanaraq, qəniməti başı üzərinə qaldırıb. Bu, Bilbao təmsilçisinin İspaniya Kral Kubokunda son 40 ildə ilk qələbəsi olub.
“Atletik” tarixində 25-ci dəfə İspaniya Kral Kubokunu klubun qənimətlər muzeyinə aparıb. Komanda buna qədər, sonuncu dəfə 1983/1984 mövsümündə İspaniya Kral Kubokunu qazanmışdı.
