“Atletik” doğma meydanda inamlı qələbə qazandı

Futbol üzrə İspaniya La Liqasında 4-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Tura “Levante” – “Rayo Valyekano” matçıyla start verilib. Bu oyunda qalib müəyyənləşməyib. Günün digər oyununda Bilbao təmsilçisi “Atletik” doğma meydanda “Malyorka”nı 2 cavabsız qolla məğlub edib.

4-cü turun “Vilyarreal” – “Alaves” və “Sevilya” – “Barselona” matçları təxirə salınıb. Buna səbəb bu klubların futbolçularının DÇ-2022-nin seçmə mərhələ oyunları ilə əlaqədar millinin düşərgəsindən gec qayıtmasıdır.

İspaniya La Liqası
4-cü tur
11 sentyabr

Levante – Rayo Valyekano 1:1
Qol: Marti, 39-pen – Qvardiola, 90+2.

Atletik – Malyorka 2:0
Qol: Vivian, 68. Uilyams, 74.

12 sentyabr

16:00 Espanyol – Atletiko
18:15 Osasuna – Valensiya
20:30 Kadis – Real Sosyedad
23:00 Real – Selta

13 sentyabr

22:00 Xetafe – Elçe
00:00 Qranada – Betis