Atletika üzrə yığmamız Avropa Oyunlarına 15 idmançı ilə gedir

Atletika üzrə Azərbaycan milli komandasının bu il Polşada keçiriləcək üçüncü Avropa Oyunları üçün heyəti bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Polşaya yollanacaq yığmamızın heyətində 15 idmançı yer alıb:

Nazim Babayev – Uzunluğa tullanma
Fəxriyyə Tağızadə – Uzunluğa tullanma
Aleksis Kopello – Üç təkanla tullanma
Yekaterina Sarıyeva – Üç təkanla tullanma
Anna Skidan – Çəkic atma
İsmayıl Əliyev – Nüvə itələmə / Lövhə atma
Əlhəm Nağıyev – 100 m / 200 m / 4×100 m/ 4×400 m
Lamiyə Vəliyeva – 100 m /200 m / 400 m
İlahə Quliyeva – 100 m / 200 m /400 m
Cavid Məmmədov – 400 m / 400 m sədlərlə qaçış / 4×400 m
Elman Abışov – 5000 m / 1500 m / 800 m
Anna Yusupova – 5000 m / 1500 m / 800 m
Aleksey Əliəkbərov – 4×100 m (Estafet)
Əli Abdiyev – 4×100 m (Estafet)
Qadir Qurbanov – 4×100 m (Estafet)

Xatırladaq ki, Avropa Oyunları iyunun 21-dən iyulun 2-nə qədər Polşanın Krakov şəhərində təşkil olunacaq. Üçüncü Avropa Oyunlarında atletika yarışları iyunun 20-dən 25-nə kimi keçiriləcək. Ümumilikdə 37 dəst medal sahiblərini tapacaq.