“Atletik”dən “Xetafe” ilə heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 16-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında “Atletik” səfərdə “Xetafe” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

İspaniya La Liqası
16-cı tur
3 dekabr

Qranada – Alaves 2:1
Qol: Puertas, 14. Arias, 86 – Abram, 81-öz qapısına.

4 dekabr

Sevilya – Vilyarreal 1:0
Qol: Okampos, 16.

Barselona – Betis 0:1
Qol: Xuanmi, 79.

Atletiko – Malyorka 1:2
Qol: Kunya, 68 – Russo, 80. Kubo, 90+1.

Real Sosyedad – Real 0:2
Qol: Vinisius, 47. Yoviç, 57.

5 dekabr

Rayo Valyekano – Espanyol 1:0
Qol: Kabrera, 54-öz qapısına.

Elçe – Kadis 3:1
Qol: Fidel, 13-pen. Morente, 75. Xosan, 90+3 – A.Fernandes, 90+1.

Levante – Osasuna 0:0

Selta – Valensiya 1:2
Qol: Aspas, 11 – Duro, 19. Qomes, 53.

6 dekabr

Xetafe – Atletik 0:0