“Atletiko” braziliyalı futbolçu ilə gücləndi

İspaniyanın “Atletiko” (Madrid) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Portuqaliyanın “Jil Vesente” klubundan Samuel Linonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı vingerlə müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə imza atıb.

Samuel Lino 2019-cu ilin yayından “Jil Visente”də çıxış edirdi. 22 yaşlı futbolçu son mövsümdə Portuqaliya klubunun heyətində 38 matçda 14 qola imza atıb. O, bütövlükdə bu komandada 99 matça çıxıb, 26 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı yarımmüdafiəçi daha öncə ölkəsində “San Bernardo” klubunun da formasını geyinib.