“Atletiko” məğlub oldu, “Real” fərqi azaltdı

Futbol üzrə İspaniya La Liqasında 24-cü turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.

Lider “Atletiko” “Levante”ni qəbul edib və gözlənilməz məğlubiyyətlə üzləşib.

“Real”ın bu turdakı rəqibi isə “Valyadolid” olub. Madrid klubu səfərdə minimal hesabla qalib gələrək liderlə aradakı xal fərqini azaldıb.

İspaniya La Liqası
24-cü tur
19 fevral

Betis – Xetafe 1:0
Qol: B.İqlesias, 84-pen.

20 fevral

Elçe – Eybar 1:0
Qol: Kalvo, 33.

Atletiko – Levante 0:2
Qol: Hermoso, 30-öz qapısına. De Frutos, 90+5.

Valensiya – Selta 2:0
Qol: Valyexo, 90+4. Qameyro, 90+8.

Valyadolid – Real 0:1
Qol: Kazemiro, 65.

21 fevral

17:00 Barselona – Kadis
19:15 Real Sosyedad – Alaves
21:30 Hueska – Qranada
00:00 Atletik – Vilyarreal

22 fevral

00:00 Osasuna – Sevilya