İspaniyanın “Atletiko” klubu yarımmüdafiəçisi Markos Lyorente ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə sözləşmənin müddətini 2027-ci ilin yayına qədər uzadılıb. Əvvəlki müqavilə 2024-cü ilə kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Lyorente 2019-cu ilin yayından “Atletiko”da çıxış edir. Madridin digər təmsilçisi “Real”ın yetirməsi olan yarımmüdafiəçi, həmin vaxt 35 milyon avro qarşlığında bu komandaya transfer olunmuşdu. 2016/17 mövsümündə “Alaves”də icarədə də oynamış oyunçu, İspaniya yığmasına da dəvət alır. O, millidə 9 oyuna çıxıb.
Lyorente “Atletiko”da meydana çıxdığı 82 oyunda 18 qola imza atıb.


