“Atletiko”da ciddi itki – “Çelsi”yə qarşı oynamayacaq

İspaniyanın “Atletiko” klubunun müdafiəçisi Xose Mariya Ximenes zədələnib.

Arena.az xəbər verir ki, uruqvaylı futbolçunun zədəsinin ciddi olduğu bildirilir.

Bu üzdən də Madrid təmsilçisinin üzvü ən azı marta qədər yaşıl meydanlardan uzaq qalacaq.

Ximenes “Atletiko”nun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə ilk matçını buraxmalı olacaq. “Çelsi” – “Atletiko” matçı fevralın 17-də baş tutacaq.