“Auqsburq”dan inamlı qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 15-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Auqsburq” səfərdə “Köln”ün qonağı olub. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

Lider “Bayern” bu turda “Maynts”ı sınağa çəkəcək. Dortmund “Borussiya”sının rəqibi “Bohum” olacaq.

Turun mərkəzi görüşündə “Leyptsiq” doğma meydanda Mönhenqladbax “Borussiya”sını qəbul edəcək.

Almaniya Bundesliqası
15-ci tur
10 dekabr

Köln – Auqsburq 0:2
Qol: Han, 72. Dorş, 88.

11 dekabr

18:30. Bayern – Maynts
18:30. Bohum – Borussiya (Dortmund)
18:30. Herta – Arminiya
18:30. Leyptsiq – Borussiya (Mönhenqladbax)
18:30. Frayburq – Hoffenhaym
21:30. Volfsburq – Ştutqart

12 dekabr

18:30. Qroyter – Union Berlin
20:30. Ayntraxt – Bayer

Xəbəri sosial şəbəkələrdə paylaş: