La Liqanın 24-cü turunda “Barselona” – “Qranada” oyununun nəticəsi “blauqrana”nın prezidenti Joan Laportanı özündən çıxarıb.
Arena.az xəbər verir ki, bu barədə “Barça Universal” dərgisi məlumat yayıb.
Laportanın prezident kürsüsündə səsini başına ataraq qara-qışqırıq salması, bişinti ilə dolu qab-qacağı tribunalardan tolazladığı diqqət çəkib.
Qeyd edək ki, “Barselona” ötən gecə doğma meydanda qarşılaşdığı autsayder “Qranada” ilə oyunda erkən qolla hesabı açıb. 14-cü dəqiqədə Lamin Yamal fərqlənib. Amma “Qranada” 43-cü dəqiqədə bərabərlik qolunu vurub. 60-cı dəqiqədə daha bir qol buraxan “Barselona” məğlub duruma düşüb. Bundan cəmi 3 dəqiqə sonra Robert Levandovski komandasının ikinci qolunu vursa da, kataloniyalılar 66-cı dəqiqədə yenidən məğlub duruma düşüblər – 2:3. “Barsa” məğlubiyyətdən 80-ci dəqiqədə Yamalın dublu sayəsində qurtula bilib.
Beləliklə, 24 turdan sonra “Barselona” 51 xalla turnir cədvəlinin 3-cü pilləsində, “Qranada” isə 13 xalla 19-cu pillədə qərarlaşıb. La Liqaya 61 xalla “Real” başçılıq edir.


