Azərbaycan Voleybol Federasiyası (AVF) kişilər arasında Yüksək Liqanın yarıda qalmış “Xilasedici” – “Ordu” matçı ilə bağlı qərarını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.
Dekabrın 17-də keçirilmiş Yüksək Liqanın 7-ci turunun oyununun yekun nəticəsi ilə əlaqədar bu gün iclas keçirilib. İclasda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, “Xilasedici” və “Ordu” komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.
Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilmiş iclasda dünənki qarşılaşmada baş vermiş hadisələr ətraflı şəkildə araşdırılıb. Sonda məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Yekun qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “Ordu” qarşılaşmasında “Xilasedici” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.


