Avrokuboklarda 2024/2025-ci illər mövsümünün son püşkü

Bu gün avrokuboklarda (UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) mövsümün son püşkatma mərasimləri keçiriləcək.

Arena.az xəbər verir ki, hər üç turnir üçün 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.

Tədbirdə final görüşlərinin nominal meydan sahibləri də bəlli olacaqlar.

Qeyd edək ki, Çempionlar Liqasının püşkatma mərasiminə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək. Avropa Liqasının püşkatma mərasimi saat 16:00-da, Konfrans Liqasının püşkatması isə saat 17:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

Səpələnmişlər
“Arsenal” (İngiltərə)
“Aston Villa” (İngiltərə)
“Atletiko” (İspaniya)
“Barselona” (İspaniya)
“İnter” (İtaliya)
“Bayer” (Almaniya)
“Lill” (Fransa)
“Liverpul” (İngiltərə)

Səpələnməmişlər
“Borussiya” (Dortmund, Almaniya)
“Bayern” (Almaniya)
“Benfika” (Portuqaliya)
“Brügge” (Belçika)
“Feyenoord” (Niderland)
PSJ (Fransa)
PSV (Niderland)
“Real” (İspaniya)

Avropa Liqası

Səpələnmişlər
“Atletik” (İspaniya)
“Ayntraxt” (Almaniya)
“Latsio” (İtaliya)
“Olimpik” (Lion, Fransa)
“Mançester Yunayted” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan)
“Reyncers” (Şotlandiya)
“Tottenhem” (İngiltərə)

Səpələnməmişlər
“Ayaks” (Niderland)
“Alkmaar” (Niderland)
“Bodo Qlimt” (Norveç)
“Styaua” (Rumıniya)
“Fənərbağça” (Türkiyə)
“Real Sosyedad” (İspaniya)
“Roma” (İtaliya)
“Viktoriya” (Plzen, Çexiya)

Avropa Konfrans Liqası

Səpələnmişlər
“Serkl Brügge” (Belçika)
“Çelsi” (İngiltərə)
“Yurqorden” (İsveç)
“Fiorentina” (İtaliya)
“Legiya” (Polşa)
“Luqano” (İsveçrə)
“Rapid” (Avstriya)
“Vitoriya” (Portuqaliya)

Səpələnməmişlər
“Borats” (Bosniya və Herseqovina)
“Çelye” (Sloveniya)
“Kopenhagen” (Danimarka)
“Yagelloniya” (Polşa)
“Molde” (Norveç)
“Pafos” (Kipr)
“Panatinaikos” (Yunanıstan)
“Betis” (İspaniya)

Sonda onu da qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları martın 4-5-də və 11-12-də keçiriləcək. Avropa Liqası ilə Konfrans Liqasının 1/8 final görüşləri isə martın 6-da və 13-də baş tutacaq.