Avroliqa: “Fənərbağça” Macarıstan klubuna qarşı

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” Macarıstanın “Ferentsvaroş” kollektivini qəbul edəcək.

“Roma” isə İtaliyada Danimarkanın “Midtyulland” klubunun müqavimətini qırmağa çalışacaq.

Avroliqa çərçivəsində növbəti oyunlar dekabrın 11-də keçiriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 5-ci tur
27 noyabr

21:45. Roma (İtaliya) – Midtyulland (Danimarka)
21:45. Aston Villa (İngiltərə) – Yanq Boyz (İsveçrə)
21:45. Portu (Portuqaliya) – Nitsa (Fransa)
21:45. Fənərbağça (Türkiyə) – Ferentsvaroş (Macarıstan)
21:45. Feyenoord (Niderland) – Seltik (Şotlandiya)
21:45. Lill (Fransa) – Dinamo (Zaqreb, Xorvatiya)
21:45. Ludoqorets (Bolqarıstan) – Selta (İspaniya)
21:45. PAOK (Yunanıstan) – Brann (Norveç)
21:45. Viktoriya (Plzen, Çexiya) – Frayburq (Almaniya)
00:00. Betis (İspaniya) – Utrext (Niderland)
00:00. Bolonya (İtaliya) – Zalsburq (Avstriya)
00:00. Srvena Zvezda (Serbiya) – Styaua (Rumıniya)
00:00. Qou Ehed İqlz (Niderland) – Ştutqart (Almaniya)
00:00. Genk (Belçika) – Bazel (İsveçrə)
00:00. Makkabi (Təl-Əviv, İsrail) – Olimpik (Lion, Fransa)
00:00. Nottingem Forest (İngiltərə) – Malmö (İsveç)
00:00. Panatinaikos (Yunanıstan) – Şturm (Avstriya)
00:00. Reyncers (Şotlandiya) – Braqa (Portuqaliya)

Xəbəri sosial şəbəkələrdə paylaş: