Futbol üzrə Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün bütün yarımfinalçıları müəyyənləşiblər.
Arena.az xəbər verir ki, bu, ötən gün keçirilmiş Avroliqanın 1/4 final mərhələsinin cavab oyunlarından sonra dəqiqləşib.
İngiltərə nəhəngi “Mançester Yunayted” finala vəsiqə uğrunda İspaniyanın “Atletik” (Bilbao) komandasına qarşı mübarizə aparacaq. Digər cütdə isə İngiltərənin “Tottenhem” kollektivi turnirin sürpriz komandası “Bodo Qlimt”lə (Norveç) üz-üzə gələcək.
Xatırladaq ki, Avroliqada yarımfinal mərhələsinin ilk görüşləri mayın 1-də təşkil olunacaq. Cavab matçları mayın 8-də keçiriləcək.
Avropa Liqası
Yarımfinalın ilk oyunları
1 may
“Tottenhem” (İngiltərə) – “Bodo Qlimt” (Norveç)
“Atletik” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
Yarımfinalın cavab oyunları
8 may
“Bodo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya)