Avroliqada gecənin nəticələri: MY və “Tottenhem”dən darmadağın

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə baş tutub.

“Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış İspaniya “Vilyarreal”ı bu raundun ilk görüşünü Avstriyada “Zalsburq”a qarşı keçirib və inamlı qələbəyə sevinib. Təl-Əviv “Makkabi”si isə İsraildə Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə ev oyunundan məğlub ayrılıb.

“Mançester Yunayted” səfərdə “Real Sosyedad”ı darmadağın edibsə,
“Tottenhem” də “Volfsberger”lə dueldə 4 qola sevinib. “Arsenal” “Benfika” ilə səfər matçında heç-heçəyə razılaşıb. “Milan” da Serbiyada “Srvena Zvezda” üzərində qələbəni son anda əldən verib. Niderland “Ayaks”ı isə Fransada “Lill”ə üzərində əzmkar qələbə qazanıb. “Napoli” də “Qranada” ilə səfər matçında məğlubiyyətə üzülüb.

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24-25 fevralda baş tutacaq.

Avropa Liqası
1/16 final mərhələsinin ilk oyunları
18 fevral

“Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika) 1:1
Qol: Buyalski, 62 – Mexele, 67.

“Olimpiakos” (Yunanıstan) – PSV (Niderland) 4:2
Qol: Buxalakis, 9. Mvila, 37. Əl-Arabi, 45+2. Masuras, 83 – Zahavi, 14; 40.

“Yanq Boyz” (İsveçrə) – “Bayer” (Almaniya) 4:3
Qol: Fassnaxt, 3. Sibaço, 19; 89. Elia, 44, – Şik, 49; 52, Diabi, 68.

“Krasnodar” (Rusiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:3
Qol: Berq, 28. Klaesson, 69 – Petkoviç, 15; 54. Atimven, 75.

“Braqa” (Portuqaliya) – “Roma” (İtaliya) 0:2
Qol: Dzeko, 5. Mayoral, 86.

“Slaviya” (Çexiya) – “Lester Siti” (İngiltərə) 0:0

“Srvena Zvezda” (Serbiya) – “Milan” (İtaliya) 2:2
Qol: Kanqa, 52-pen. Pavkov, 90+3 – Pankov, 42-öz qapısına. T.Ernandes, 61.

“Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:4
Qol: B.Fernandes, 27; 57. Reşford, 65. D.Ceyms, 90.

“Volfsberger” (Avstriya) – “Tottenhem” (İngiltərə) 1:4
Qol: Lindl, 55-pen. – Son, 13. Beyl, 28. Moura, 34. Vinisius, 88.

“Lill” (Fransa) – “Ayaks” (Niderland) 1:2
Qol: Vea, 72 – Tadiç, 84-pen. Brobbi, 89.

“Makkabi” (Təl-Əviv, İsrail) – “Şaxtyor (Donetsk, Ukrayna) 0:2
Qol: A.Patrik, 31. Tete, 90+3.

“Qranada” (İspaniya) – “Napoli” (İtaliya) 2:0
Qol: Y.Herrera, 19. Kenedi, 21.

“Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya) 3:3
Qol: Ellinqsen, 41. Andersen, 70. Fofana, 74 – Dabbur, 8; 28. Baumqartner, 45+3.

“Zalsburq” (Avstriya) – “Vilyarreal” (İspaniya) 0:2
Qol: Alkaser, 41. Nino, 71.

“Antverpen” (Belçika) – “Reyncers” (Şotlandiya) 3:4
Qol: Avenatti, 45. Refaelov, 45+8. Honqla, 66 – Aribo, 38. Braişiç, 59-pen; 90-pen. Kent, 83.

“Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 1:1
Qol: Pizzi, 55-pen – Saka, 57.