Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Tottenhem”dən (İngiltərə) Qaret Beyl, “Mançester Yunayted”dən (İngiltərə) Bruno Fernandes, “Hoffenhaym”dan (Almaniya) Munas Dabbur və Zaqreb “Dinamo”sundan (Xorvatiya) Bruno Petkoviç namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.