Avroliqada yeni rekord – Bu qədər qol vurulmamışdı

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra yeni rekord qeydə alınıb.

Arena.az xəbər verir ki, 16 oyunda qapılara ümumilikdə 59 qol vurulub.

Bu, 2009/10 mövsümündən sonra turnirin pley-offu üçün ən yüksək göstəricidir.

1/16 final mərhələsinin ilk oyunlarındakı nəticələrlə burada tanış ola bilərsiniz.

Qeyd edək ki, 1/16 finalın cavab görüşləri fevralın 24-25-də keçiriləcək.