Avropa çempionatı: Bir güləşçimiz startda erməniyə qarşı

Sabah Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında növbəti Avropa çempionatı start götürəcək. Arena.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan yığmasının üzvləri də mübarizə aparacaqlar.

Yarışın ilk 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Belə ki, sabah 55, 63, 77, 87 və 130, növbəti gün isə 60, 67, 72, 82 və 97 kq-da yer alan güləşçilər çıxış edəcək.

Bu gün yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələri belədir:

55 kq
1/4 final
Rahim Həsənov – Karapet Manvelyan (Ermənistan)/Sabolç Losonç (Serbiya)

60 kq
1/4 final
Elmir Əliyev – Mert İlbars (Türkiyə)

63 kq
Təsnifat mərhələsi
Ziya Babaşov – Sahak Hovannisyan (Ermənistan)

67 kq
Təsnifat mərhələsi
Həsən Məmmədli – Mixail Portmann (İsveçrə)

72 kq
Təsnifat mərhələsi
Qurban Qurbanov – Luka Malobabiç (Xorvatiya)

77 kq
Təsnifat mərhələsi
Xasay Həsənli – Şahan Acar (Türkiyə)

82 kq
1/8 final
İsmayıl Rzayev – Eksaus Mukubu (Norveç)

87 kq
Təsnifat mərhələsi
Məhəmməd Əhmədiyev – Açika Bolkvadze (Gürcüstan)

97 kq
1/8 final
Murad Əhmədiyev – Luka Katiç (Serbiya)

130 kq
Təsnifat mərhələsi
Sərxan Məmmədov – Mixaylo Vişnivetski (Ukrayna)

Xatırladaq ki, U-23 Avropa çempionatı martın 19-na qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: