Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.
Elnurə Məmmədova startda Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olub.
Jalə Əliyeva ilk görüşdə xorvatiyalı idmançıyla bacarmayıb.
Birgül Soltanova təsnifat mərhələsində Belarus təmsilçisinə minimal fərqlə uduzub.
Mərziyə Sadıqova Avropa çempionatına inamlı start verib. Həmyerlimiz debütdə yunan həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Türkiyə güləşçisiylə bacarmayıb.
Avropa çempionatı
53 kq
Təsnifat: Elnurə Məmmədova – Venera Nafikova (Rusiya) 4:4*
62 kq
Təsnifat: Jalə Əliyeva – İva Geriç (Xorvatiya) 6:13
65 kq
Təsnifat: Birgül Soltanova – Alina Maksimova (Belarus) 4:5
72 kq
Təsnifat: Mərziyə Sadıqova – Eleni Krisikaki (Yunanıstan) 10:0
1/4 final: Mərziyə Sadıqova – Nazar Batır (Türkiyə) 0:8


