Avropa çempionatı: Güləş yığmalarımız Buxarestə bu heyətlə gedir

Fevralın 12-dən 18-nə qədər Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

Yarışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz start verəcək. Heyətdə 10 güləşçi yer alıb:

Rəşad Məmmədov (55 kq)
Nihat Məmmədli (60 kq)
Murad Məmmədov (63 kq)
Həsrət Cəfərov (67 kq)
Ülvü Qənizadə (72 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (82 kq)
İslam Abbasov (87 kq)
Murad Əhmədiyev (97 kq)
Beka Kandelaki (130 kq).

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 5 qadın güləşçimiz mübarizə aparacaq:

Mariya Stadnik (50 kq)
Jalə Əliyeva (57 kq)
Alyona Kolesnik (59 kq)
Birgül Soltanova (62 kq)
Elis Manolova (65 kq).

Çempionatın son günlərində isə xalçaya sərbəst güləşçilər çıxacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında 10 sərbəst güləşçimiz medal şansını yoxlayacaq. Heyətdə bu güləşçilərə yer verilib:

İslam Bazarqanov (57 kq)
Nürəddin Novruzov (61 kq)
Əli Rəhimzadə (65 kq)
Kənan Heybətov (70 kq)
Turan Bayramov (74 kq)
Orxan Abasov (79 kq)
Arseni Djioyev (86 kq)
Osman Nurmaqomedov (92 kq)
Maqomedxan Maqomedov (97 kq)
Georgi Meşvildişvili (125 kq).

Bu Avropa çempionatı iki azərbaycanlı hakim üçün də əlamətdar olacaq. Belə ki, I-S kateqoriyalı hakimlər Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyanlar sırasında yer alacaqlar.