Avropa çempionatı: Qadın güləşçilərin ilk rəqibləri bilindi

Rumıniyanın paytaxt Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən (U-23) Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, sabah qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Püşk nəticəsində Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib. Qadın güləşində Azərbaycanı 6 idmançı təmsil edəcək.

Sabah Azərbaycan güləşçilərindən Şəhanə Nəzərova, Elnurə Məmmədova və Nigar Mirzəzadə mübarizəyə start verəcək. Digər qadın güləşçilərimiz (Gültəkin Şirinova, Jalə Əliyeva və Birgül Soltanova) isə növbəti gün xalça üzərinə çıxacaqlar.

Püşkatmanın nəticələri belədir:

50 kq
Təsnifat mərhələsi
Şəhanə Nəzərova – Mariya Leorda (Moldova)

53 kq
1/4 final
Gültəkin Şirinova – Mariya Ferone (İtaliya)

55 kq
Təsnifat mərhələsi
Elnurə Məmmədova – Angelika Mitkovska (Polşa)

57 kq
Təsnifat mərhələsi
Jalə Əliyeva – Aleksandr Xomenets (Ukrayna)

65 kq
Təsnifat mərhələsi
Birgül Soltanova – Gergana Stoyanova (Bolqarıstan)

68 kq
Təsnifat mərhələsi
Nigar Mirzəzadə – Suzanna Molnar (Slovakiya)

Martın 13-də başlamış 23 yaşlıların Avropa çempionatın ayın 19-da başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: