Avropa çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bəlli oldu

Sabah Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək.

Arena.az xəbər verir ki, 36 ölkədən 425 idmançının iştirak edəcəyi qitə birinciliyinin ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.

Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

57 kq
1/8 final: Əliabbas Rzazadə – Beşir Alili (Şimali Makedoniya)

65 kq
1/8 final: Zirəddin Bayramov – Abdulməcid Kudiyev (Rusiya)

70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Elbakidze (Gürcüstan)

74 kq
1/8 final: Əşrəf Aşırov – Çermen Valiyev (Rusiya) / Lukas Kant (Almaniya)

86 kq
1/8 final: Orxan Abasov – Uri Kalaşnikov (İsrail)

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Recep Haydari (Şimali Makedoniya)

97 kq
1/8 final: İslam İlyasov – Aslanbek Sotiyev (Rusiya)

125 kq
1/8 final: Vahid Qalayev – Aleksi Jorjoliani (Gürcüstan)

Xatırladaq ki, sabah 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Mayın 18-də isə 61, 74, 86, 92 və 125 kq-da iştirak edən pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: