Avropa çempionatında Azərbaycanı 13 cüdoçu təmsil edəcək

Aprelin 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Arena.az xəbər verir ki, ölkəmizi 3 gün davam edəcək bu yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 idmançı təmsil edəcək.

Qadınlarda 4 cüdoçumuz Avropa çempionatının medalını qazanmağa çalışacaq. Kişilərdə isə 9 cüdoçumuz tatamiyə çıxacaq.

Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Xatırladaq ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının üzvləri Avropa çempionatına hazırlıq məqsədilə Avstriya, Rusiya, Portuqaliya, Fransa, İspaniya, Çexiya, Özbəkistan, Yaponiya və Türkiyədə, həmçinin dəfələrlə ölkə daxilində təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionata qatılacaq heyəti təqdim edirik:

Qadınlar

-48 kq
Leyla Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

-57 kq
Acelya Toprak

Kişilər

-60 kq
Balabəy Ağayev
Turan Bayramov

-66 kq
Yaşar Nəcəfov

-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev

-81 kq
Zelim Tçkayev

-90 kq
Murad Fətiyev
Elcan Hacıyev

-100 kq
Zelim Kotsoyev