Avropa futbolunda yeni mükafat təsis edildi

“Bayern”in sabiq sədri Karl-Haynts Rummenigge onun adını daşıyan ECA (Avropa Klublar Assosiasiyası) mükafatı haqda danışıb.

Arena.az məlumat verir ki, “Karl-Haynts Rummenigge mükafatı” futbol klublarının idarə edilməsində yüksək nailiyyətlərə görə təqdim ediləcək.

“Bu mükafatın mənim adıma adlandırılmasından çox qürur duyuram. Xüsusən də klub idarəçiliyi mövzusu futbol üçün çox vacibdir. Futbol klublarının davamlı surətdə idarə edilən qurumlara çevrilməsi dövrümüzün ən mühüm fəsadlarından biridir. Mən bu irsin müvafiq mükafatla davam etdiriləcəyindən həqiqətən qürur duyuram”, – “Bayern & Germany” dərgisi Rummeniggedən sitat gətirir.

Xatırladaq ki, futbolçu karyerasının böyük hissəsini “Bayern”in uğurları üçün çalışmış Karl-Haynts Rummenigge Almaniya nəhəngi ilə Bundesliqanın (2 dəfə), Almaniya Kubokunun (2 dəfə), Avropa Çempionlar Kubokunun (2 dəfə) və Qitələrarası Kubokun qalibi olub.

Futbolçu karyerasına xitam verdikdən sonra isə Rummenigge “Bayern”in klub sistemində idarəçiliyə baş vurub. O, Münhen klubunun uğurlarında böyük pay sahibi olub.