Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Arena.az xəbər verir ki, ötən gün bir oyunla start götürən mərhələ çərçivəsində bu gün daha 21 matç keçirilib.
Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Başakşəhər” doğma meydanda Belçika “Antverpen”i ilə qarşılaşıb. Bu matçda qalib müəyyənləşməyib – 1:1. Uzun müddət hesabda öndə olan Türkiyə təmsilçisi son dəqiqələrdə üstünlüyünü əldən verib.
3-cü təsnifat mərhələsində “Neftçi”nin yolunu kəsən Avstriya “Rapid”i Lixtenşteyndə “Vaduts”la qarşılaşıb. Bu oyun da heç-heçə bitib – 1:1.
2-ci raundda “Zirə”ni mübarizədən kənarlaşdırmış İsrailin “Makkabi” (Təl-Əviv) komandası Fransa “Nitsa”sıyla üz-üzə gəlib. İsrail təmsilçisi bu oyunda minimal hesabla qələbə qazanıb. “Qəbələ”ni məğlub etmiş Macarıstan “Fehervar”ı isə Almaniyada “Köln”ün qonağı olub. Üç qolun qeydə alındığı bu matç macarların gözlənilməz qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, pley-offun açılış oyununda “Yurqarden” (İsveç) öz meydanında APOEL (Kipr) komandasını 3:0 hesabı ilə məğlub etmişdi.
Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqə uğrunda həlledici cavab görüşləri avqustun 25-də keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
17 avqust
Yurqarden (İsveç) – APOEL (Kipr) 3:0
18 avqust
Rakuv (Polşa) – Slaviya (Praqa, Çexiya) 2:1
Makkabi (Təl-Əviv, İsrail) – Nitsa (Fransa) 1:0
Molde (Norveç) – Volfsberger (Avstriya) 0:1
RFS (Latviya) – Linfild (Şimali İrlandiya) 2:2
Slovaçko (Çexiya) – AİK (İsveç) 3:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Bazel (İsveçrə) 1:0
Yanq Boyz (İsveçrə) – Anderlext (Belçika) 0:1
Universitatya (Krayova, Rumıniya) – Hapoel (Beer-Şeva, İsrail) 1:1
Başakşəhər (Türkiyə) – Antverpen (Belçika) 1:1
Vaduts (Lixtenşteyn) – Rapid (Avstriya) 1:1
Zrinski (Bosniya və Herseqovina) – Slovan (Bratislava, Slovakiya) 1:0
Maribor (Sloveniya) – ÇFR Kluj (Rumıniya) 0:0
Styaua (Rumıniya) – Vikinq (Norveç) 1:2
Köln (Almaniya) – Fehervar (Macarıstan) 1:2
Lex (Polşa) – Düdelanj (Lüksemburq) 2:0
Vest Hem (İngiltərə) – Viborq (Danimarka) 3:1
Vilyarreal (İspaniya) – Hayduk (Xorvatiya) 4:2
Alkmaar (Niderland) – Jil Visente (Portuqaliya) 4:0
Partizan (Serbiya) – Hamrun Spartans (Malta) 4:1
Fiorentina (İtaliya) – Tvente (Niderland) 2:1
Şkupi (Şimali Makedoniya) – Balkani (Kosovo) 1:2