Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib. Arena.az xəbər verir ki, mərhələnin bütün oyunları eyni gündə baş tutub. Keçirilmiş 8 oyundan 6-da cəmi bir qol həlledici olub.
Azərbaycan çempionu “Qarabağ” Bakıda Belçikanın “Gent” komandasını qəbul edib. Ağdam təmsilçisi bu oyunda rəqibini tək qolla məğlub edib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” isə İsveçrə “Bazel”ini sınağa çəkib. Super Liqanın sonuncu qalibi də doğma meydanda baş tutan ilk oyundan minimal üstünlüklə qalib ayrılıb.
“Latsio” (İtaliya) – “ÇFR Kluj” (Rumıniya), AEK (Larnaka, Kipr) – “Dnepr-1” (Ukrayna) və “Ludoqorets” (Bolqarıstan) – “Anderlext” (Belçika) oyunlarında da meydan sahibləri qələbəni tək qolla bayrma ediblər. “Şerif” (Moldova) – “Partizan” (Serbiya) matçında isə oxşar hesaba qonaqlar seviniblər.
“Bodo Qlimt” (Norveç) – “Lex” (Polşa) oyununda qapılara ümumiyyətlə qol vurulmayıb. “Fiorentina” (İtaliya) Portuqaliyada “Braqa”ya cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 23-də baş tutacaq.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
16 fevral
“Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika) 1:0
Qol: L.Andrade, 78.
“Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə) 1:0
Qol: Larsen, 65.
“Bodo Qlimt” (Norveç) – “Lex” (Polşa) 0:0
“Braqa” (Portuqaliya) – “Fiorentina” (İtaliya) 0:4
Qol: Yoviç, 45+1; 60. Kabral, 79; 90.
“Latsio” (İtaliya) – “ÇFR Kluj” (Rumıniya) 1:0
Qol: İmmobile, 45+4.
AEK (Larnaka, Kipr) – “Dnepr-1” (Ukrayna) 1:0
Qol: A.Qarsiya, 85.
“Şerif” (Moldova) – “Partizan” (Serbiya) 0:1
Qol: R.Qomes, 45.
“Ludoqorets” (Bolqarıstan) – “Anderlext” (Belçika) 1:0
Qol: İ.Tyaqo, 9.