Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verildi

Futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Bu oyunlardan ikisində darmadağın qeydə alınıbsa, bir matçda qalib müəyyənləşməyib.

Azərbaycanı bu yarışda təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə” də məhz bu mərhələdən mübarizəyə qoşulacaq. İyulun 21-də keçiriləcək yeganə oyun məhz “Sumqayıt”la Serbiya “Çukariçki”si arasında baş tutacaq. Qalan qarşılaşmalar isə bir gün sonra keçiriləcək. “Qarabağ” doğma meydanda İsrail “Aşdod”unu qəbul edəcəksə, “Keşlə” səfərdə Rusiya “Soçi”si ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab matçları iyulun 27-də və 29-da keçiriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
20 iyul

Domjale (Sloveniya) – Honka (Finlandiya) 1:1

Kauno Jalgiris (Litva) – TNS (Uels) 0:5

Priştina (Kosovo) – Konnah (Uels) 4:1

Folqore (San Marino) – Hibernians (Malta) 1:3