Avropa Konfrans Liqasında da finalçılar bəlli oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2022/2023 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

İtaliyanın “Fiorentina” komandası doğma meydanda məğlub olduğu İsveçrə “Bazel”i ilə bu dəfə səfərdə üz-üzə gəlib. Florensiya təmsilçisi səfər matçının əsas vaxtında uduzduğu hesabla qalib gəlib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran florensiyalılar finala yüksəliblər.

İngiltərənin “Vest Hem” komandası da Niderlandda yerli “Alkmaar”ın qonağı olub. İlk oyundan qalib ayrılan İngiltərə təmsilçisi səfərdə də qələbə qazanaraq finala yüksəlib.

Avropa Konfrans Liqasında final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Fortuna Arena”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bazel (İsveçrə) – Fiorentina (İtaliya) 1:3
Qollar: Anduni, 55 – N.Qonsales, 35; 72. Barak, 120+9.
Baş hakim: Xose Mariya Sançes (İspaniya).
Bazel, “Sankt-Yakob Park” stadionu.
İlk oyun – 2:1.

Bazel: Hits, Lanq, Adams, Pelmard, Ndoye, Caka, Burger, Kalafiori, Auqustin, Amduni, Diuf.
Fiorentina: Terraççiano, Dodo, Milenkoviç, İqor, Biraqi, Bonaventura, Amrabat, Kastrovilli, Qonzalez, Kabral, Brekalo.

Alkmaar (Niderland) – Vest Hem (İngiltərə) 0:1
Qol: Fornals, 90+4.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Alkmaar, AZ stadionu.
İlk oyun – 1:2.

Alkmaar: Rayan, Suqavara, Beukema, Çatsidiakos, Kerkez, Reynders, Miynans, Klasie, Van Brederode, Pavlidis, Karlsson.
Vest Hem: Areola, Kehrer, Zuma, Aquer, Kressuell, Souçek, Rays, Paketa, Bouen, Antonio, Benrahma.