Avropa Konfrans Liqasında pley-offun 2 iştirakçısı bəlli oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Malta və Farer adaları təmsilçiləri – “Qzira Yunayted”lə “B36 Torshavn” rəqiblərini doğma arenada qəbul ediblər. Lakin bu komandalar müvafiq olaraq “Volfsberger” və “Viborq” səddini keçə bilməyiblər. Səfərdə qələbə qazanan Avstriya və Danimarka təmsilçiləri pley-offa yüksəliblər.

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin digər qarşılaşmaları avqustun 10-11-də keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Qzira Yunayted (Malta) – Volfsberger (Avstriya) 0:4
İlk oyun – 0:0

B36 Torshavn (Farer adaları) – Viborq (Danimarka) 1:2
İlk oyun – 0:3