Avropa Liqasında 2022/23 mövsümünə start verildi

Bu gün futbol üzrə Avropa Liqasında 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turniri 3-cü təsnifat mərhələsininin ilk oyunları ilə başlayııb.

Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub. Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə keçirilib. Burada yerli “Fənərbaxça” doğma meydanda Çexiyanın “Slovaçko” komandasını sınağa çəkib. İstanbul təmsilçisi bu oyunda 3 cavabsız qolla qalib gəlib.

“Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubunun Avroliqadakı potensial rəqibləri olan İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” klubları Dublində üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı matçda irlandlar qələbəyə seviniblər.

AEK “Partizan”ı, “Malmö” “Düdelanj”ı məğlub yola salıb. HJK və “Sürix” isə səfərdə müvafiq olaraq “Maribor” və “Linfild” üzərində qələbə qazanıb. “Olimpiakos” – “Slovan” matçı da heç-heçə bitib.

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri avqustun 11-də keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust

AEK (Larnaka, Kipr) – Partizan (Serbiya) 2:1

Malmö (İsveç) – Düdelanj (Lüksemburq) 3:0

Fənərbaxça (Türkiyə) – Slovaçko (Çexiya) 3:0

Maribor (Sloveniya) – HJK (Helsinki, Finlandiya) 0:2

Linfild (Şimali İrlandiya) – Sürix (İsveçrə) 0:2

Şemrok Rovers (İrlandiya) – Şkupi (Şimali Makedoniya) 3:1

Olimpiakos (Yunanıstan) – Slovan (Bratislava, Slovakiya) 1:1