Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri müəyyənləşib.
Ağdam klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”ə iki oyunun yekununda məğlub olacağı halda, Avropa Liqasının 3-cü təsnifat mərhələsində, Çempionlar yolunda mübarizə aparmaq hüququ əldə edəcək.
Bu cütdə uduzan tərəf Çempionlar Liqasında mübarizəni dayandıran komandalardan birinə rəqib olacaqdı. Püşkə əsasən, “Qarabağ” – “Sürix” duelində uduzan tərəf “Linfild” (Şimali İrlandiya)/”Bodo Qlimt” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. “Qarabağ”la “Sürix”dən Avroliqaya gedən tərəf ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları 4 avqustda, cavab görüşləri isə 11 avqustda keçiriləcək. Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları isə 19-20 iyul və 26-27 iyulda keçiriləcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
Jalgiris (Litva)/Malmö (İsveç) cütünün məğlubu – Pünik (Ermənistan)/Düdelanj (Lüksemburq) cütünün məğlubu
Ludoqorets (Bolqarıstan)/Şemrok Rovers (İrlandiya) cütünün məğlubu – Dinamo (Zaqreb, Xorvatiya)/Şkupi (Şimali Makedoniya) cütünün məğlubu
Linfild (Şimali İrlandiya)/Bodo Qlimt (Norveç) cütünün məğlubu – Qarabağ (Azərbaycan)/Sürix (İsveçrə) cütünün məğlubu
Makkabi (Hayfa, İsrail)/Olimpiakos (Yunanıstan) cütünün məğlubu – Ferentsvaroş (Macarıstan)/Slovan (Bratislava, Slovakiya) cütünün məğlubu
Maribor (Sloveniya)/Şerif (Moldova) cütünün məğlubu – HJK (Finlandiya)/Viktoriya (Plzen, Çexiya) cütünün məğlubu
Əsas yol
Dinamo (Kiyev, Ukrayna)/Fənərbaxça (Türkiyə) cütünün məğlubu – Slovaçko (Çexiya)
Midtyulland (Danimarka)/AEK (Larnaka, Kipr) cütünün məğlubu – Partizan (Serbiya)