Avropa Liqasında da qrup mərhələsi başa çatdı

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Azərbaycanlı hücumçu Mahir Emrelinin komandası – “Legiya” doğma meydanda Moskva “Spartak”ını qəbul edib. Qrupun digər matçında “Napoli” “Lester Siti” ilə üz-üzə gəlib. Qrupda hər bir komandanın pley-off mərhələsinə yüksəlmək şansı vardı. Sonda günü qələbə ilə başa vuran “Spartak”la “Napoli” sevinən tərəf olub.

Türkiyənin “Qalatasaray” komandası səfərdə “Latsio”nun qonağı olub. “Sarı-qırmızılar”a qrup lideri kimi növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. Fatih Terimin komandası buna qolsuz heç-heçə ilə nail olub. Qrupun digər oyununda “Marsel” Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib və minimal hesabla üstün olub.

Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun bütün nəticələrini, eləcə də qruplardakı yekun durumu təqdim edirik:

Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr

A qrupu

Olimpik (Lion, Fransa) – Reyncers (Şotlandiya) 1:1
Qol: Bassey, 49-öz qapısına – Rayt, 42.

Sparta (Praqa, Çexiya) – Brondbü (Danimarka) 2:0
Qol: Hançko, 43. Hlojek, 49.

Xal durumu: Olimpik – 16, Reyncers – 8, Sparta – 7, Brondbü – 2.

B qrupu

Şturm Qrats (Avstriya) – Monako (Fransa) 1:1
Qol: Yantşer, 6-pen – Volland, 30.

Real Sosyedad (İspaniya) – PSV (Niderland) 3:0
Qol: Oyarzabal, 43-pen; 62. Sörlot, 90+3.

Xal durumu: Monako – 12, Real Sosyedad – 9, PSV – 8, Şturm Qrats – 2.

C qrupu

Legiya (Polşa) – Spartak (Moskva, Rusiya) 0:1
Qol: Bakayev, 17.

Napoli (İtaliya) – Lester Siti (İngiltərə) 3:2
Qol: Unas, 4. Elmas, 24; 53 – Evans, 27. Hall, 33.

Xal durumu: Spartak – 10, Napoli – 10, Lester Siti – 8, Legiya – 6.

D qrupu

Fənərbaxça (Türkiyə) – Ayntraxt (Almaniya) 1:1
Qol: Berişa, 42 – Sou, 29.

Antverpen (Belçika) – Olimpiakos (Yunanıstan) 1:0
Qol: Balikvişa, 7.

Xal durumu: Ayntraxt – 12, Olimpiakos – 9, Fənərbaxça – 6, Antverpen – 5.

E qrupu

Olimpik (Marsel, Fransa) – Lokomotiv (Moskva, Rusiya) 1:0
Qol: Milik, 35.

Latsio (İtaliya) – Qalatasaray (Türkiyə) 0:0

Xal durumu: Qalatasaray – 12, Latsio – 9, Olimpik – 7, Lokomotiv – 2.

F qrupu

Braqa (Portuqaliya) – Srvena Zvezda (Serbiya) 1:1
Qol: Qaleno, 52-pen – Katay, 70-pen.

Ludoqorets (Bolqarıstan) – Midtyulland (Danimarka) 0:0

Xal durumu: Srvena Zvezda – 11, Braqa – 10, Midtyulland – 9, Ludoqorets – 2.

G qrupu

Ferentsvaroş (Macarıstan) – Bayer (Almaniya) 1:0
Qol: Layduni, 82.

Seltik (Şotlandiya) – Betis (İspaniya) 3:2
Qol: Uelş, 3. Henderson, 72. Ternbull, 78-pen – Beyn, 69-öz qapısına. B.İqlesias, 75.

Xal durumu: Bayer – 13, Betis – 10, Seltik – 9, Ferentsvaroş – 3.

H qrupu

Vest Hem (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
Qol: Orşiç, 4.

Genk (Belçika) – Rapid (Avstriya) 0:1
Qol: Lyubiçiç, 29.

Xal durumu: Vest Hem – 13, Dinamo – 10, Rapid – 7, Genk – 5.