Avropa Liqasında da qrup mərhələsi başladı: MY ilk oyunda uduzdu

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk turun bütün oyunları eyni gündə keçirilib.

16 oyunun yarısı Bakı vaxtı ilə saat 20:45-də, qalanları isə 23:00-da başlayıb.

G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”un qonağı olub. Ağdam təmsilçisi səfərdə 1:2 hesabıyla uduzub. Bu qrupun digər matçında “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu 2:1 hesabıyla məğlub edib.

Türkiyə klublarından “Fənərbaxça” Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Üç qolun qeydə alındığı matçda İstanbul təmsilçisi qələbə qazanıb. “Trabzonspor” isə Macarıstanda “Ferentsvaroş”la üz-üzə gəlib və məğlubiyyətə üzülüb.

Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları bir həftə sonra – sentyabrın 15-də keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
8 sentyabr

A qrupu

Sürix (İsveçrə) – Arsenal (İngiltərə) 1:2
Qol: Kryeziu, 44 – Markinyos, 16. Nketia, 62.

PSV (Niderland) – Bodo Qlimt (Norveç) 1:1
Qol: Qakpo, 62 – Qronbaek, 44.

B qrupu

AEK (Larnaka, Kipr) – Renn (Fransa) 1:2
Qol: Oyer, 33 – Teate, 29. Assiqnon, 90+4.

Fənərbaxça (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 2:1
Qol: Q.Enrike, 35. Batşuayi, 90+2 – Tsiqankov, 63.

C qrupu

Ludoqorets (Bolqarıstan) – Roma (İtaliya) 2:1
Qol: Kauli, 72. Nonato, 88 – Şomurodov, 86.

HJK (Finlandiya) – Betis (İspaniya) 0:2
Qol: V.Xose, 45+3; 63.

D qrupu

Malmö (İsveç) – Braqa (Portuqaliya) 0:2
Qol: B.Rodriqes, 30. Horta, 70.

Union Berlin (Almaniya) – Yunion (Belçika) 0:1
Qol: Linen, 39.

E qrupu

Mançester Yunayted (İngiltərə) – Real Sosyedad (İspaniya) 0:1
Qol: B.Mendes, 59.

Omoniya (Kipr) – Şerif (Moldova) 0:3
Qol: Akanbi, 2. Atiemven, 54. Diop, 76.

F qrupu

Latsio (İtaliya) – Feyenoord (Niderland) 4:2
Qol: L.Alberto, 4. F.Anderson, 15. Vesino, 28; 63 – S.Ximenes, 69; 88.

Şturm (Avstriya) – Midtyulland (Danimarka) 1:0
Qol: Emeqa, 8.

G qrupu

Frayburq (Almaniya) – Qarabağ (Azərbaycan) 2:1
Qol: V.Qrifo, 7-pen. R.Doan, 15 – M.Veşoviç, 39.

Nant (Fransa) – Olimpiakos (Yunanıstan) 2:1
Qol: M.Məhəmməd, 32. Gessand, 90+3 – Mutussami, 50-öz qapısına.

H qrupu

Srvena Zvezda (Serbiya) – Monako (Fransa) 0:1
Qol: Mbolo, 74-pen.

Ferentsvaroş (Macarıstan) – Trabzonspor (Türkiyə) 3:2
Qol: Nquen, 5; 44. Traore, 29 – M.Qomes, 39. U.Bozok, 71.