Bu gün futbol üzrə UEFA Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün finalçıları müəyyənləşəcək.
Arena.az xəbər verir ki, yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə eyni saatda start veriləcək.
Norveçin “Bodo Qlimt” komandası evdə İngiltərə təmsilçisi “Tottenhem”lə üz-üzə gələcək. İngilislər doğma meydanda baş tutmuş ilk oyunda 3:1 hesablı inamlı qələbəyə seviniblər.
İspaniya təmsilçisi “Atletik” (Bilbao) isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in (İngiltərə) qonağı olacaq.
Qeyd edək ki, Avropa Liqasında cari mövsümün final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
8 may
23:00. “Bodo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:3.
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya)
İlk oyun – 3:0.