Avropa Liqasında Liqa mərhələsinə bu gün start veriləcək

2024/2025 mövsümündən etibarən yeni formatda keçirilən Avropa Liqasında bu gün Liqa mərhələsinin 1-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Maraqla gözlənilən oyunlardan biri Türkiyədə keçiriləcək. Türkiyə çempionu “Qalatasaray” doğma meydanda Yunanıstan təmsilçisi PAOK-la münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərənin “Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi “Tvente”ni sınağa çəkəcək. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq vaxtilə məşqçilik karyerasına məhz “Tvente”də başladığı üçün bu oyun niderlandlı mütəxəssis üçün xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan çempionu “Qarabağ”ınn rəqiblərindən olan İsveçin “Elfsborq” komandası səfərdə Niderlandın “Alkmar” klubu ilə üz-üzə gələcək. “Bodo Qlimt” (Norveç) isə evdə “Portu” (Portuqaliya) ilə qarşılaşacaq.

Kiyev “Dinamo”su (Ukrayna) da ilk sınağında “Latsio”nu (İtaliya) sınağa çəkəcək.

Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 1-ci turuna sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq. “Qarabağ” da bu mərhələdəki ilk sınağına sabah çıxacaq. Ağdam klubu səfərdə İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşacaq.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur

25 sentyabr

20:45. “Alkmar” (Niderland) – “Elfsborq” (İsveç)
20:45. “Bodo Qlimt” (Norveç) – “Portu” (Portuqaliya)
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland)
23:00. “Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan)
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya)
23:00. “Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Praqa, Çexiya)
23:00. “Midtyulland” (Danimarka) – “Hoffenhaym” (Almaniya)
23:00. “Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya)
23:00. “Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan)