Avropa Liqasında mövsümün ən yaxşıları və rəmzi komandası

Futbol üzrə Avropa Liqasında 2022/2023 mövsümünün ən yaxşı oyunçuları və mövsümün rəmzi komandası açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sevilya”nın ispan müdafiəçisi və kapitanı Xesus Navas turnirin ən yaxşı futbolçusu seçilib.

Xesus Navas 9 oyun ərzində 3 qol ötürməsi verməklə yanaşı, ötürmələrində 80,56% dəqiqlik nümayiş etdirib. 37 yaşlı sağ cinah müdafiəçisi hər oyunda orta hesabla 10,57 km məsafə qət edib.

Turnirin ən yaxşı gənc oyunçusu adına isə “Bayer”in xavbeki Florian Virts sahib olub. Alman futbolçu 8 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Avropa Liqasında mövsümün rəmzi komandasına isə aşağıdakı futbolçuların adları daxil edilib:

Qapıçı: Yassin Bunu (“Sevilya”);

Müdafiəçilər: Xesus Navas (“Sevilya”), Conatan Ta (“Bayer”), Kris Smollinq (“Roma”), Markos Akunya (“Sevilya”);

Yarımmüdafiəçilər: Nemanya Matiç (“Roma”), İvan Rakitiç (“Sevilya”), Lorentso Pelleqrini (“Roma”);

Hücumçular: Paulo Dibala (“Roma”), Viktor Bonifase (“Yunion”), Markus Reşford (“Mançester Yunayted”).