Avropa Liqasında ötən mövsümün ən yaxşı futbolçusu – Jerar Moreno

Avropa Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb. Arena.az xəbər verir ki, bu ada İspaniyanın “Vilyarreal” klubunun hücumçusu Jerar Moreno layiq görülüb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Moreno ötən mövsüm Avropa Liqasında 12 oyunda meydana çıxıb, 7 qola imza atıb.

Avropa Liqasında 2020/21 mövsümünün qalibi də Jerar Morenonun formasını geyindiyi “Vilyarreal” olub.