Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib və ümumilikdə 8 qrup üzrə 16 qarşılaşma baş tutub.
Türkiyə təmsilçilərindən “Fənərbaxça” Kiprdə AEK (Larnaka) komandasının qonağı olub. İstanbul təmsilçisi çətin qələbə sayəsində ilk iki pillədən birini təmin edib. B qrupunun digər matçında da Fransa “Renn”i Ukraynanın “Dinamo” (Kiyev) kollektivinə qalib gəlməklə oxşar uğura imza atıb.
Qonşu ölkənin digər komandası “Trabzonspor” Fransa “Monako”sunu qəbul edib. Trabzonlular bu rəqibi 4 cavabsız qolla məğlub ediblər. H qrupunun digər matçında Serbiyanın “Srvena Zvezda” klubu Macarıstan “Ferentsvaroş”u ilə görüşüb. Üç qolun qeydə alındığı bu matçda da macarlar üstün olublar.
Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra “Fənərbaxça” və “Renn”lə yanaşı, daha üç komanda növbəti mərhələyə vəsiqə qazanıb. Belə ki, İspaniyanın “Real Sosyedad” və “Betis”, həmçinin Almaniyanın “Frayburq” komandaları qrupdan çıxmağı təmin edib.
Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
13 oktyabr
A qrupu
Bodo Qlimt (Norveç) – Arsenal (İngiltərə) 0:1
Qol: Saka, 24.
PSV (Niderland) – Sürix (İsveçrə) 5:0
Qol: Qutyerres, 9. Veerman, 15; 55. Sanqare, 35. El-Qazi, 84.
Xal: Arsenal – 9. PSV – 7. Bodo Qlimt – 4. Sürix – 0.
B qrupu
AEK (Larnaka, Kipr) – Fənərbaxça (Türkiyə) 1:2
Qol: Triçkovski, 52-pen – J.Pedro, 16. Batşuayi, 80.
Dinamo (Kiyev, Ukrayna) – Renn (Fransa) 0:1
Qol: Vuh, 48.
Xal: Fənərbaxça – 10. Renn – 10. AEK – 3. Dinamo – 0.
C qrupu
Betis (İspaniya) – Roma (İtaliya) 1:1
Qol: Kanales, 34 – Belotti, 53.
Ludoqorets (Bolqarıstan) – HJK (Finlandiya) 2:0
Qol: Qropper, 39. Rik, 64.
Xal: Betis – 10. Ludoqorets – 7. Roma – 4. HJK – 1.
D qrupu
Yunion (Belçika) – Braqa (Portuqaliya) 3:3
Qol: Bonifeys, 20; 62. Vanzeir, 49 – Vitinya, 15; 36; 41.
Union Berlin (Almaniya) – Malmö 1:0
Qol: Knoxe, 89-pen.
Xal: Yunion – 10. Braqa – 7. Union Berlin – 6. Malmö – 0.
E qrupu
Mançester Yunayted (İngiltərə) – Omoniya (Kipr) 1:0
Qol: Maktominey, 90+3.
Real Sosyedad (İspaniya) – Şerif (Moldova) 3:0
Qol: Sörlot, 45+1. Riko, 66. Navarro, 81.
Xal: Real Sosyedad – 12. Mançester Yunayted – 9. Şerif – 3. Omoniya – 0.
F qrupu
Feyenoord (Niderland) – Midtyulland (Danimarka) 2:2
Qol: Timber, 32. Hançko, 48 – Martines, 16. Svyatçenko, 59.
Latsio (İtaliya) – Şturm (Avstriya) 2:2
Qol: İmmobile, 45-pen. Pedro, 71 – Bovinq, 56; 83.
Xal: Feyenoord – 5. Midtyulland – 5. Latsio – 5. Şturm – 5.
G qrupu
Qarabağ (Azərbaycan) – Olimpiakos (Yunanıstan) 0:0
Nant (Fransa) – Frayburq (Almaniya) 0:4
Qol: Kubler, 26. Qreqoriç, 71. Şade, 82. Yonq, 87.
Xal: Frayburq – 12. Qarabağ – 7. Nant – 3. Olimpiakos – 1.
H qrupu
Ferentsvaroş (Macarıstan) – Srvena Zvezda (Serbiya) 2:1
Qol: Zakariassen, 23. Mmae, 61 – Mitroviç, 55.
Trabzonspor (Türkiyə) – Monako (Fransa) 4:0
Qol: Sarr, 44-öz qapısına. V.Hüqo, 48. Bardi, 57. Trezeqe, 69.
Xal: Ferentsvaroş – 9. Trabzonspor – 6. Monako – 6. Srvena Zvezda – 3.