Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab matçlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında Şimali Makedoniya “Şkupi”si doğma meydanda İrlandiyanın “Şemrok Rovers” komandasını sınağa çəkib. Dublindəki ilk matçda yerli komanda 3:1 hesablı qələbə qazanmışdı. Rəqibini səfərdə də üstələyən İrlandiya təmsilçisi pley-offa vəsiqə qazanıb.
Artıq “Şemrok Rovers”in pley-offdakı rəqibi də məlumdur. Bu, Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Macarıstan “Ferentsvaroş”udur.
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin digər cavab oyunları avqustun 11-də keçiriləcək. Bu turnirin pley-off mərhələsinin görüşləri isə 18 və 25 avqustda baş tutacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
9 avqust
Şkupi (Şimali Makedoniya) – Şemrok Rovers (İrlandiya) 1:2
İlk oyun – 1:3