Avropa Liqasında pley-offun bütün cütləri dəqiqləşdi

Futbol üzrə Avropa Liqasında pley-off mərhələsində üz-üzə gələcək bütün komandalar müəyyənləşib. Arena.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə uğrunda 20 kollektiv mübarizə aparacaq.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Ferentsvaroş” (Macarıstan) Avroliqanın pley-offunda “Şemrok Rovers”lə (İrlandiya) qarşılaşacaq.

Türkiyənin bu turnirdəki təmsilçiləri – “Fənərbaxça” və “Sivasspor” müvafiq olaraq “Austriya” (Avstriya) və “Malmö” (İsveç) ilə qarşılaşacaqlar. Qardaş ölkənin hər iki təmsilçisi ilk oyunu səfərdə keçirəcək.

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 18 avqustda, cavab görüşləri 25 avqustda baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsi

Dnepr-1 (Ukrayna) – AEK (Kipr)

Gent (Belçika) – Omoniya (Kipr)

Austriya (Avstriya) – Fənərbaxça (Türkiyə)

Sürix (İsveçrə) – Harts (Şotlandiya)

HJK (Finlandiya) – Silkeborq (Danimarka)

Malmö (İsveç) – Sivasspor (Türkiyə)

Ferentsvaroş (Macarıstan) – Şemrok Rovers (İrlandiya)

Apollon (Kipr) – Olimpiakos (Yunanıstan)

Pünik (Ermənistan) – Şerif (Moldova)

Ludoqorets (Bolqarıstan) – Jalgiris (Litva)