Avropa Liqasında pley-offun püşkü atıldı: MY “Barsa”ya rəqib oldu

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, tədbirə Bakı vaxtı ilə saat 16:00-da start verilib.

Öz qruplarında ikinci yeri tutan komandalar UEFA Çempionlar Liqasında üçüncü yerin sahiblərinə rəqib olublar.

Püşk nəticəsində bir neçə maraqlı cüt formalaşıb. Ən çox diqqət çəkən məqam isə “Barselona” ilə “Mançester Yunayted”in bir-birinə rəqib olmasıdır.

“Qarabağ”ı Avropa Liqasından kənarda qoymağı bacaran Fransanın “Nant” komandası isə bu mərhələdə İtaliya nəhəngi “Yuventus”la üz-üzə gələcək.

Xatırladaq ki, Avropa Liqasında pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi

Barselona (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Yuventus (İtaliya) – Nant (Fransa)
Sportinq (Portuqaliya) – Midtyulland (Danimarka)
Şaxtyor (Donetsk, Ukrayna) – Renn (Fransa)
Ayaks (Niderland) – Union Berlin (Almaniya)
Bayer (Almaniya) – Monako (Fransa)
Sevilya (İspaniya) – PSV (Niderland)
Zalsburq (Avstriya) – Roma (İtaliya)