Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Qrup mərhələsinin açılış matçı Fransada yerli “Lill” və Sloveniyanın “Olimpiya” (Lyublyana) komandaları arasında gerçəkləşib. Liqa 1 təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Xatırladaq ki, Avropa Konfrans Liqasında qrup mərhələsinin ilk turunun qalan bütün oyunları sabah – 21 sentyabrda keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da ilk matçını sabah Norveçin “Molde” komandasına qarşı keçirəcək.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 1-ci tur
20 sentyabr
A qrupu
“Lill” (Fransa) – “Olimpiya” (Lyublyana, Sloveniya) 2:0
Qollar: David, 43-pen. Y.Yazıcı, 90+4.


