Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirə Bakı vaxtı ilə saat 14:00-da start verilib.

Püşkatma ümumilikdə 32 komandanın iştirakı ilə keçirilib. Onlardan 12-si qrup mərhələsinə avtomatik qatılanlar, 10-u Avropa Liqasının pley-off mərhələsinin qalibləri, 10-u Çempionlar Liqasının pley-off və 3-cü təsnifat mərhələsində uduzanlardan ibarətdir.

Komandalar 8 bərabər qrupa bölünüblər. Türkiyə təmsilçilərindən “Fənərbaxça” D qrupunda “Olimpiakos” (Yunanıstan), “Ayntraxt” (Almaniya) və “Antverpen”ə (Belçika) rəqib olub. “Qalatasaray” isə E qrupunda “Latsio” (İtaliya), “Lokomotiv” (Moskva, Rusiya) və “Olimpik”lə (Marsel, Fransa) mübarizə aparacaq.

Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sının da rəqibləri müəyyənləşib. Hücumçumuzun komandası C qrupunda “Napoli” (İtaliya), “Lester Siti” (İngiltərə) və “Spartak”a (Moskva, Rusiya) qarşı mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 16-da start veriləcək. Son turun görüşləri isə dekabrın 9-da baş tutacaq.

Avropa Liqası
Qrup mərhələsi

A qrupu
Olimpik (Lion, Fransa)
Reyncers (Şotlandiya)
Sparta (Praqa, Çexiya)
Bröndbü (Danimarka)

B qrupu
Monako (Fransa)
PSV (Niderland)
Real Sosyedad (İspaniya)
Şturm Qraz (Avstriya)

C qrupu
Napoli (İtaliya)
Lester Siti (İngiltərə)
Spartak (Moskva, Rusiya)
Legiya (Polşa)

D qrupu
Olimpiakos (Yunanıstan)
Ayntraxt (Almaniya)
Fənərbaxça (Türkiyə)
Antverpen (Belçika)

E qrupu
Latsio (İtaliya)
Lokomotiv (Moskva, Rusiya)
Olimpik (Marsel, Fransa)
Qalatasaray (Türkiyə)

F qrupu
Braqa (Portuqaliya)
Srvena Zvezda (Serbiya)
Ludoqorets (Bolqarıstan)
Midtyulland (Danimarka)

G qrupu
Bayer (Almaniya)
Seltik (Şotlandiya)
Betis (İspaniya)
Ferentsvaroş (Macarıstan)

H qrupu
Dinamo (Zaqreb, Xorvatiya)
Genk (Belçika)
Vest Hem (İngiltərə)
Rapid (Vyana, Avstriya)