Bu gün futbol üzrə Avropa Liqasında 2022/2023 mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
İtaliyanın “Roma” komandası doğma meydanda Almaniya təmsilçisi “Bayer”lə üz-üzə gəlib. Matçın ilk hissəsində hesab açılmayıb. Amma ikinci hissədə istəyinə çatan “canavarlar” ilk oyundan minimal hesabla qalib ayrılıblar.
İtaliyanın digər təmsilçisi “Yuventus” isə İspaniyanın “Sevilya” komandasını qəbul edib. Bu oyunda hesabı ilk yarıda ispanlar açıblar. Amma Turin təmsilçisi məğlubiyyətdən son anda qurtulmağı bacarıb.
Avropa Liqasında yarımfinalın cavab qarşılaşmaları mayın 18-də keçiriləcək. Mövsümün həlledici oyunu isə mayın 31-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək. Final görüşünə “Puşkaş Arena” ev sahibliyi edəcək.
Avropa Liqası
Yarımfinalın ilk oyunları
11 may
Roma (İtaliya) – Bayer (Almaniya) 1:0
Qol: Eduardo Bove, 63.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu
Yuventus (İtaliya) – Sevilya (İspaniya) 1:1
Qollar: Federiko Qatti, 90+7 – Yussef En Nesiri, 26.
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, “Yuventus” stadionu