“Goal” internet-portalı öz versiyası üzrə Avropada artıq başa çatmaqda olan cari mövsümün ən uğursuz transferlərini açıqlayıb.
Arena.az xəbər verir ki, siyahıda məşhur adlar, hətta ulduzlar da yer alıblar.
Siyahını tərtib edən mütəxəssislərin fikrincə, mövsüm bütün Avropa qitəsində klublar üçün komanda heyətinin gücləndirilməsinə səmərəli investisiya qoyuluşu baxımından xüsusilə uğursuz olub.
Bu yöndə İngiltərə Premyer Liqasının klubları israfçılıqda xüsusilə fərqləniblər. İtaliya, İspaniya, Almaniya klubları başda olmaqla, digər ölkərin klubları da transfer bazarında öz səriştəsizliyini ortaya qoyublar.
21 nəfərdən ibarət heyətinin siyahısını tərtib edərkən mütəxəssislər oyunçulara edilmiş artıq ödəmələrlə yanaşı, taktiki məqamları, həmçinin böyük potensiala malik futbolçuların komandaya aşkar uyğunsuzluğu kimi təfərrüatı nəzərə alıblar.
Beləliklə Avropada cari mövsümün ən biabırçı transferləri ilə tanış olun:
- Pol Poqba (“Yuventus”a, ödənişsiz);
- Rişarlison (“Tottenhem”ə, 70 milyon avro);
- Mark Kukurelya (“Çelsi”yə, 73 milyon avro);
- Serjinyo Dest (“Milan”a, icarə);
- Kalvin Fillips (“Mançester Siti”yə, 48 milyon avro);
- Cessi Linqard (“Nottingem Forest”, ödənişsiz);
- Mixaylo Mudrik (“Çelsi”yə, 100 milyon avro);
- Sadio Mane (“Bayern”ə, 40 milyon avro);
- Antoni (“Mançester Yunayted”ə, 100 milyon avro);
- Kallum Hadson-Odoi (“Bayer”ə, icarə);
- Rahim Sterlinq (“Çelsi”yə, 55 milyon avro);
- Rayan Qravenberx (“Bayern”ə, 25 milyon avro);
- Artur (“Liverpul”a, icarə);
- Dele Alli (“Beşiktaş”a, icarə);
- Luis Maksimiano (“Latsio”ya, 11 milyon avro);
- Pyer-Emerik Obameyanq (“Çelsi”yə, 14 milyon avro);
- Şarl De Ketelare (“Milan”a, 35 milyon avro);
- Divok Oriqi (“Milan”a, ödənişsiz);
- Kelvin Beyssi (“Ayaks”a, 22 milyon avro);
- Renato Sançes (PSJ-yə, 15 milyon avro);
- Mett Doerti (“Atletiko”ya, ödənişsiz).