Avropada son 10 ilin rəmzi komandası

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən Avropada son 10 ilin rəmzi komandası açıqlanıb.

Arena.az xəbər verir ki, Avropada son 10 ilin rəmzi komandasında Almaniyanın “Bavariya” və İspaniyanın “Real” klublarından 3 futbolçu yer alıb.

Qeyd edək ki, “Yuventus”un hücumçusu Kristiano Ronaldo İFFHS tərəfindən həm də Avropada son 10 ilin ən yaxşı futbolçusu elan olunub.

Rəmzi komanda:

Qapıçı: Manuel Noyer (“Bavariya”, Almaniya);

Müdafiəçilər: Filip Lam (Almaniya, karyerasını bitirib), Serxio Ramos (“Real”, İspaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Leonardo Bonuççi (“Yuventus”, İtaliya);

Yarımmüdafiəçilər: Toni Kroos (“Real”), Andres İnyesta (“Vissel Kobe”, Yaponiya), Luka Modriç (“Real”), Kevin De Breyne (“Mançestere Siti”, İngiltərə);

Hücumçular: Kristiano Ronaldo (“Yuventus”), Robert Levandovski (“Bavariya”).

Avropada son 10 ilin rəmzi komandası açıqlandı