Futbol üzrə Avstriya millisinin AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Arena.az Avstriya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib.
Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu yer alıb.
Zədə səbəbindən qarşıdakı oyunlarda iştirakı sual altında olan kapitan David Alaba da milliyə dəvət olunub. Komandanın digər zədəli müdafiəçisi Filipp Linhart və hücumçu Marko Arnautoviç də heyətdə yer alıblar. Amma onların oynayıb-oynamayacağına daha sonra aydınlıq gələcək.
Avstriya millisinin qarşıdakı iki oyuna dəvət almış futbolçuları bunlardır:
Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksandr Şlager (LASK);
Müdafiəçilər: David Alaba (“Real”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Linhart (“Frayburq”, Almaniya), Filipp Mvene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Gernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə), Yonas Auer (“Rapid”, Vyana);
Yarımmüdafiəçilər: Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leypsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə);
Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoriç (“Frayburq”, Almaniya), Kərim Onisivo (“Maynts”, Almaniya).
Xatırladaq ki, Avstriya yığması martın 24-də Azərbaycan, ayın 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Rayffayzen Arena”da keçiriləcək.



