Avstriya yığmasının Bakıya gələcək heyəti bəlli oldu

Futbol üzrə Avstriya yığmasının Belçika və Azərbaycan millilərinə qarşı keçirəcəyi AÇ-2024-ün seçmə mərhələ oyunları üçün heyəti bəlli olub.

Arena.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik 28 futbolçuya dəvət göndərib.

Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 14 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Qapıçılar: Niklas Hedl (“Rapid”), Patrik Pents (“Bröndbu”, Danimarka), Aleksander Şlager (“Zalsburq”);

Müdafiəçilər: David Alaba (“Real”, İspaniya), Samson Baydu (“Zalsburq”), Flavius Danilyuk (“Salernitana”, İtaliya), Kevin Dansa (“Lans”, Fransa), Filip Linhart (“Frayburq”, Almaniya), Ştefan Poş (“Bolonya”, İtaliya), Gernot Trauner (“Feyenord”, Niderland), Maksimilian Vöber (“Borussiya”, Mönhenqladbah, Almaniya);

Yarımmüdafiəçilər: Kristof Baumqartner, Ksaver Şlager, Nikolas Seyvald (hamısı “Leypsiq”, Almaniya), Məhəmməd Çam (“Klermon”, Fransa), Florian Qrilliç (“Hoffenhaym”, Almaniya), Marko Qrull, Mattias Seidl (hər ikisi “Rapid”), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Bayern”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Zabitser (“Borussiya”, Dortmund, Almaniya), Romano Şmid (“Verder”, Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya);

Hücumçular: Mixael Qreqoriç (“Frayburq”, Almaniya), Saşa Kalayciç (“Vulverhempton”, İngiltərə), Manprit Sarkariya (“Şturm”).

Xatırladaq ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

F qrupunda yer alan Avstriya yığmasının hazırda 13 xalı var. Sözügedən komanda yalnız top fərqinə görə eyni xala malik Belçikadan geri qalır. İsveç 6 xalla 3-cü, Azərbaycan milisi 1 xalla 4-cüdür. Sonuncu olan Estoniyanın da 1 xalı var.