Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Ayaks” Bakıya səfər öncəsi qələbə qazanıb.
Arena.az xəbər verir ki, Amsterdam təmsilçisi Niderland çempionatının (Erediviziya) 9-cu turu çərçivəsində “Herakles”in qonağı olub.
Məhsuldar keçən qarşılaşmada qapılara 7 qol vurulub. Amsterdam təmsilçisi bu oyunda 4:3 hesabı ilə qalib gəlib. Ardıcıl 3-cü qələbəsini qazanan amsterdamlılar 16 xalla 3-cü pillədə qərarlaşıblar.
Xatırladaq ki, “Ayaks” oktyabrın 24-də Bakıda “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək.


